Azərbaycanda cüdonun inkişafının 50 illik yubileyinə həsr olunmuş müsabiqəsi elan edilib
Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə cüdonun inkişafının 50 illik yubileyi münasibəti ilə Milli Mətbuat Günü ərəfəsində jurnalist müsabiqəsi elan edir.

Müsabiqəyə “Azərbaycanda cüdonun tarixi”, “Azərbaycanın cüdo qəhrəmanları”, “Cüdonun fəlsəfəsi”, “Cüdo elitar idman növü kimi”, “Uşaqların sağlam inkişafında cüdonun rolu” mövzularında yazılar təqdim edilməlidir.

Jurnalistlər müsabiqəyə mayın 20-dən iyulun 10-dək televiziya kanalı, radio, qəzet, jurnal, sayt, sosial mediada yayımlanmış materialları təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər hazırlayacaqları materialların linklərini musabiqe@judo.az ünvanına - mövzu hissəsinə müsabiqənin 5 alt mövzusunun uyğun olan birinin adını qeyd edərək göndərməlidirlər. Bir media qurumu adından maksimum 3, bir jurnalist tərəfindən isə yalnız 1 material təqdim edilə bilər. Multimedia (video, fotoslayd, infoqrafika) elementlərinin istifadə olunduğu materiallara əlavə üstünlük veriləcək.

Jürinin qiymətləndirməsi ilə ən çox bal toplayan 10 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyi ərəfəsində elan ediləcək.

Xəbər 547 dəfə oxundu.