UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünün finalına Budapeşt ev sahibliyi edəcək
UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünün finalına ev sahibliyi edəcək şəhər bəlli olub.

Həlledici oyun mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. 2019-cu ildə istifadəyə verilən stadion 65 min azarkeş tutumuna malikdir.

UEFA, həmçinin 2024-cü ildə turnirin final matçının Dublində, növbəti il isə Bilbaoda keçiriləcəyini açıqlayıb.

Xəbər 338 dəfə oxundu.