Slovakiya – Azərbaycan matçı Trnava şəhərində oynanılacaq
Azərbaycan yığmasının səfərdə Slovakiyaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup oyunun stadionu bəlli olub.

Görüş Trnava şəhərindəki Anton Malatinski stadionunda baş tutacaq.

Sentyabrın 22-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası Millətlər Liqasındakı ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.

Xəbər 241 dəfə oxundu.