“Reyncers”in qapıçısı Alan Makqreqor UEFA Avropa Liqasının tarixinə düşüb
Şotlandiyanın “Reyncers” klubunun qapıçısı Alan Makqreqor UEFA Avropa Liqasının tarixinə düşüb.

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qarşı matça start heyətində çıxan qolkiper turnirin finalında mübarizə aparan ən yaşlı oyunçu adını qazanıb.

40 yaş 107 günlüyündə olan Makqreqor bu göstərici ilə avrokubokların tarixində üçüncüdür. O, yalnız italiyalı həmkarı Dino Zoff (41 yaş 86 gün) və niderlandlı qapıçı Edvin van der Sardan (40 yaş 211 gün) geri qalır.

Qeyd edək ki, İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən final oyunu “Ayntraxt” klubunun qələbəsi ilə yekunlaşıb - 1:1, pen. 6:5.

Xəbər 270 dəfə oxundu.