Tuncay Şanlı «Bursaspor»la çempionluq iddiasında
«Bursaspor»da tibbi baxışdan keçən Tuncay Şanlı klub ilə 3 illik müqavilə imzalayıb. İdman.com.az saytının məlumatına görə, hücuma meyili yarımmüdafiəçi 5 il sonra döndüyü Superliqada meydana çıxmağı həsrətlə gözləyir. Son olaraq ingilis «Bolton»unda forma geyinən və müqaviləsi bitdikdən sonra sərbəst qalan təcrübəli futbolçu, müqavilə bağladıqdan sonra ilk müsahibəsində bunları deyib:

«Müəyyən dövrlərdə futbol oynamadım. Peşəkarlıqda oynasanız da oynamasınızsa da olduğunuz formanın haqqını verməyə çalışırsınız. Meydana çıxmaq üçün səbrsizlənirəm. Futbola ac bir vəziyyətdə gözləyirəm. Keçmiş əhəmiyyətlidir, amma önümüzə baxmaq məcburiyyətindəyik».

«Bursaspor»da çempionluq yaşamaq istədiyini vurğulayan Tuncay komandasını çempionluğa əsas namizədlərdən sayır.

Xəbər 960 dəfə oxundu.