ASAPES və Litva İdman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Litva İdman Universitetinin (LSU) rektoru professor Diana Reklaytiyene ilə görüş olub.

Görüş zamanı qonağa ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, daha sonra Elmi-tədris laboratoriyası və Multimedia mərkəzinə baxış keçirilib. Qonaq hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumatlandırılıb.

Litva İdman Universitetinin rektoruna ASAPES-də təlim-tədris fəaliyyəti barədə ətraflı məlumat verilib, tələbə mübadiləsi, ikili diplom proqramları, elmi-tədris fəaliyyətinin birgə və səmərəli təşkili məsələləri müzakirə olunub.

Görüşün sonunda ASAPES və İdman Akademiyası və Litva İdman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Xəbər 278 dəfə oxundu.