Karateçilərimiz Dünya Şotokan Federasiyasının Avropa çempionatına yollanıb
Mayın 20-22-də idmançılarımız Bolqarıstanın Albena Kranevo şəhərində Dünya Şotokan Federasiyasının (WSF) 12-ci Avropa çempionatında iştirak edəcək.

Yarışda 60-dək karateçi arasında milli komandanın üzvləri və müxtəlif regionların klublarından olan idmançılar öz qüvvələrini sınayacaq.

WSF-nin İcariayyə komitəsinin üzvü və beynəlxalq təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin rəhbərlik etdiyi heyətdə iki hakim də yer alıb. Beynəlxalq hakim MirCabbar Seyidov və milli dərəcəli hakim Siyavuş Bayramov yarışı idarə edənlər arasında olacaq.



Mötəbər yarışa 14 ölkədən 803 idmançı qatılacaq. 8 yaşlı uşaqlardan 53 yaş üzəri veteranlaradək yaşqrupları daxil olmaqla qitə çempionatında komandalar da mübarizə aparacaq.



Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov

Xəbər 518 dəfə oxundu.