“Zirə”nin futbolçusu Brayan Alseus Haiti millisinə dəvət alıb
Bakının “Zirə” klubunun futbolçusu Brayan Alseus Haiti millisinə dəvət alıb.

26 yaşlı yarımmüdafiəçi Bermuda adaları, Montserrat və Qayana ilə keçiriləcək Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) Milli Liqasının oyunları üçün yığmaya cəlb olunub.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq, iyunun 5-də, 8-də və 12-də oynanılacaq.

Xəbər 254 dəfə oxundu.