Azərbaycan millisi Avropa çempionatının hazırlığına Türkiyədə yekun vurub
Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsində iştirak edəcək 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Aprelin 29-da Bakıda başlayan hazırlığa Türkiyədə yekun vurulub.

Baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi komanda qardaş ölkədə yerli yığma ilə də gücünü yoxlayıb. Türkiyə millisi ilə keçirilən 2 görüşdə rəqib qələbə qazanıb.

Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komanda bu gün Türkiyədən birbaşa Kosovoya yollanacaq.

Xəbər 555 dəfə oxundu.