Meyreleşdən 4 illik imza
«Fənərbağça» transferin son günündə London «Çelsi»sinin portuqaliyalı ulduzu Raul Meyreleşi sıralarına qatıb. İdman.com.az saytının məlumatına görə, onunla 4 illik müqavilə imzalanyıb. Bu futbolçuya görə London klubuna 10 milyon avro ödənəcək.

Futbolçunun özünə də ilk ilində 3 milyon, sonrakı 2 ilinin hər birində 2,5 milyon, son ilində isə 2 milyon avro olacaq. Bundan əlavə, Raul Meyreleş hər oyuna görə 10 min avro alacaq.

Karyerasına vətənində «Boavişta»da başlayan portuqaliyalı oyunçu 2004 və 2010-cu illər arasında «Portu»da çıxışdan sonra 13 milyon avro qarşılığında «Liverpul»a keçdi, sonrakı mövsümündə isə «Çelsi»yə üz tutub. Ötən mövsümdə klubun formasını 31 dəfə geyinən portuqaliyalı, ölkəsinin millisində cəmi 62 oyun keçirib.

Xəbər 1024 dəfə oxundu.