UNEC “SABAH” magistrantları Türkiyədə təlim keçiblər
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “SABAH” magistratura layihəsi çərçivəsində elektron kommersiya ixtisaslaşması üzrə təhsil alan magistrantlar Ankarada təlimlərdə iştirak ediblər.

Türkiyə Respublikasının Əmək və Sosial Təminat Nazirliyinin Təlim və Araşdırma Mərkəzi tərəfindən təşkil olunmuş təlimlərdə layihələrin idarəedilməsi, problemlərin təhlili, vaxtın idarə olunması və digər mövzularda təqdimatlar edilib, “Təlimçilərin təlimi” proqramında isə magistrantlara daha çox praktiki tapşırıqlar verilib.

Səfər çərçivəsində magistrantlar Ankaranın tarixi-mədəni abidələrini də ziyarət ediblər.

Təlimləri uğurla bitirən magistrantlara sertifikat təqdim olunub.

Xəbər 443 dəfə oxundu.