Xətaidə “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” yarışının Xətai rayonu üzrə final oyunu keçirilib.

Final qarşılaşmasında 260 nömrəli orta məktəbin komandası ilə 56 nömrəli orta məktəbin kollektivi qarşılaşıb.

Rəqibini 5:3 hesabı ilə məğlub edən 260 nömrəli orta məktəbin komandası Xətai rayonu üzrə turnirin qalibi olub.

Xəbər 392 dəfə oxundu.