“Neftçi”nin kapitanı “Qarabağ”a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq
“Neftçi”nin kapitanı Emin Mahmudov “Qarabağ”a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq.

Buna 30 yaşlı yarımmüdafiəçinin XXVII turda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə görməsi səbəb olub.

E.Mahmudov cari mövsüm dördüncü dəfə sarı vərəqə alıb.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü mayın 21-də "Azersun Arena"da keçiriləcək.

Xəbər 411 dəfə oxundu.