Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində kursantlar arasında əyləncəli estafet yarışları keçirilib
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, kursantların kollektiv ruhunu inkişaf etdirərək onların fiziki hazırlığını yüksəltməkdən ibarətdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, Polkovnik Asif Muradov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, oyunun hakimi Anar Heydərquliyev və qonaq qismində Aşıq Mübariz iştirak ediblər.

Kursantlar arasında əyləncəli estafet yarışları keçirilib.

Tədbirin sonunda yarışda iştirak edən kursantlara Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və kuboklar təqdim edilib.

Xəbər 551 dəfə oxundu.