Çexiyada oynayan azərbaycanlı futbolçu Fərid Nəbiyev klubundan ayrılır
Çexiyada oynayan azərbaycanlı futbolçu Fərid Nəbiyev klubundan ayrılır.

“Viktoriya Jijkov” klubunun üzvünün bu addımı komandanın Üçüncü Diviziona düşməsi ilə əlaqədardır. Futbolçu hələ ki, gələcək karyerası ilə bağlı konkret qərar verməyib.

Yaxın günlərdə Bakıya qayıdacaq yarımmüdafiəçi meneceri ilə görüşdükdən sonra mümkün variantları nəzərdən keçirəcək. “Qəbələ”nin yetirməsi olan Fərid Nəbiyev 2016-cı ildən Çexiyada çıxış edir.

Xəbər 262 dəfə oxundu.