“Neftçi” və “Alyans Qrup” final oyununa ciddi itki ilə çıxacaq
Mayın 24-də Bakı İdman Sarayında futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının final oyunu keçiriləcək.

Həlledici qarşılaşmada “Neftçi” və “Alyans Qrup” komandaları üz-üzə gələcəklər. Görüşdə iki futzalçı komandasına kömək edə bilməyəcək. “Neftçi”dən Nurlan Mehdizadə görüşü kənardan izləyəcək. Buna səbəb onun EKOL-la keçirilmiş yarımfinal matçında qırmızı vərəqə almasıdır. “Alyans Qrup” da isə komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısıdır. O, “Forza Neftçi” ilə duelin başa çatmasına 39 saniyə qalmış analoji durumla qarşılaşıb.

Xəbər 247 dəfə oxundu.