Taekvondoçularımız Avropa çempionatında çıxış edəcəklər
Mayın 19-da Böyük Britaniyanın Mançester şəhərinə taekvondo üzrə Avropa çempionatı start götürəcək.

Cempionatda ölkəmizi Azərbaycan Taekvondo Federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 13 idmançı təmsil edəcək.

Kişi taekvondoçuların yarışında Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Hərçəqani (87 kq) və Radik İsaev (87 kq-dan yuxarı) iştirak edəcəklər.

Qadınlardan Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Fatimə Məcidova (57 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaqlar.

Yarış mayın 22-dək davam edəcək.

Xəbər 456 dəfə oxundu.