Türk idmançı bədbəxt hadisə ilə üzləşib | |
Türk idmançı bədbəxt hadisə ilə üzləşib. Motosikletçi Kemal Merkit Transanatolia Rallisində qəzaya uğrayaraq vəfat edib. Motor İdmanları Federasiyasının İdarə Heyətinin üzvü Sadık Özdemir xəbəri təsdiq edib: “Hazırda mən yarışın keçirildiyi yerə gedirəm. Lazım olan açıqlamaları daha sonra verəcəyik”. Kemal Merkitlə toqquşan holland pilot isə sağ qalıb. Qeyd edək ki, 52 yaşlı motosikletçi 2002-ci ildə Dakar Rallisinə qatılan ilk türk pilot kimi tarixə düşüb. “Çöl Kaplanı” ləqəbi ilə tanınan idmançı 1996-cı ildə başladığı karyerası ərzində bir sıra uğurlara imza atıb. |
|
Xəbər 2064 dəfə oxundu. |
|
|