Bakıda keçiriləcək dünya kuboku yarışında atıcılıq idmanı qaydalarına sınaq dəyişikliklər ediləcək
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası Lonatoda (İtaliya) keçirilən dünya kuboku yarışından sonra stend atıcılığı üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb.

Təkliflərin məqsədi yarışları bütün iştirakçılar üçün daha ədalətli və aydın, tamaşaçılar üçün cəlbedici etməkdir. Xüsusilə, VAR, heyətlərin püşkatması və marker lenti qaydaları diqqətdədir.

Təklif olunan düzəlişlər dünya kuboku yarışlarının təşkilatçıları ilə razılaşdırıldıqdan sonra Azərbaycanın paytaxtında sınaqdan keçiriləcək. Sınaqların nəticəsindən asılı olaraq, 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunları başlamazdan əvvəl müvafiq qaydalara dəyişikliklər edilə bilər.

Xəbər 350 dəfə oxundu.