Bədii gimnastlarımız İspaniyada dünya kuboku yarışlarında iştirak edəcəklər
Mayın 18-dən 24-dək İspaniyanın Pamplona şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları keçiriləcək.

Turnirdə Azərbaycan yığması da mübarizə aparacaq.

Turnirdə iştirak etmək məqsədilə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamız və fərdi gimnastımız Zöhrə Ağamirova İspaniyaya yola düşüblər.

Xəbər 257 dəfə oxundu.