Stolüstü tennisçilərimiz beynəlxalq yarışlarda iştirak edirlər
Stolüstü tennisçilərimiz beynəlxalq yarışlara qatılıblar.

eniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq “Pro Tur” yarışlarında iştirak edirlər. Oğlan tennisçilər Almaniyanın Berlin, qızlar isə Polşanın Vladislava şəhərində keçirilən turnirlərdə mübarizə aparırlar. Hər iki yarışa mayın 19-da yekun vurulacaq.

Bu yarışlardan sonra mayın 20-dən 22-dək oğlan tennisçilər Vladislavada, qızlar isə Berlində təşkil olunacaq turnirdə etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyurlar.

Yarışlara Qax Olimpiya İdman Kompleksində və Türkiyənin Yalova şəhərindəki təlim-məşq toplanışlarında hazırlaşan tennisçilər “Pro Tur”da məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə mübarizə aparırlar.

Qeyd edək ki, bu turnirlərdə iştirakın əsas məqsədi iyulda Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.

Xəbər 292 dəfə oxundu.