“Qəbələ” klubu Azərbaycan millisinin üzvü ilə yollarını ayırıb
“Qəbələ” klubunun 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Samet Karakoçla vidalaşıb.

Bu barədə əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev açıqlama verib.

Qırx iki yaşlı mütəxəssis bildirib ki, 20 yaşlı müdafiəçi ailə problemlərinə görə “Qəbələ”ni tərk edib.

Qeyd edək ki, Samet Karakoç “Qəbələ” ilə bu ilin yanvarında 1,5 illik müqavilə imzalamışdı.

Xəbər 437 dəfə oxundu.