Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək
Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

Final oyununda Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Xəbər 254 dəfə oxundu.