Sofyan Fequli "Qalatasaray" ilə vidalaşacağını açıqlayıb
Cari mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli olub.

əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli İstanbul təmsilçisini ilə vidalaşacağını açıqlayıb.

Oyunçu bununla bağlı instaqram səhifəsində paylaşım edib. O, "Cim-Bom"da keçirdiyi 5 mövsümə görə klub rəhbərliyinə, futbolçulara və məşqçilər heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Sofyan Fequli "Qalatasaray"a 2017-ci ilin yayında İngiltərənin "Vest Hem" klubundan transfer olunmuşdu.

Xəbər 285 dəfə oxundu.