Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.

Turnirdə 130 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb.

Yarış 5 yaş qrupu üzrə oğlanlar və qızlar arasında keçirilib.

Yaş qrupları üzrə Xalid Rəhmanov (5-6 yaş), Fateh Rzasoy (7-8 yaş), Kamran Şıxıyev (9-10 yaş), Rəhman Mehdili (11-12 yaş) və Elgün Abbasov (14-15 yaş) birinci olublar.

Qaliblərə diplom və medallar təqdim edilib.

Xəbər 412 dəfə oxundu.