İsrail Yüksək Liqasında 2021/2022-ci il mövsümünün çempionu müəyyənləşib
Futbol üzrə İsrail Yüksək Liqasında 2021/2022-ci il mövsümünün çempionu müəyyənləşib.

Bu, “Makkabi” (Hayfa) klubu olub.

Komanda 34-cü turda “Hapoel”lə (Berşeva) heç-heçə (1:1) edib və xallarının sayını 72-yə çatdırıb. Hayfa təmsilçisi mövsümün sonuna 1 tur qalmış ən yaxın izləyicisi “Hapoel”i 5 xal qabaqlayıb.

Beləliklə, “Makkabi” ardıcıl ikinci dəfə İsrail çempionu olub.

Qeyd edək ki, “Makkabi” tarixində 14-cü dəfə ölkə çempionluğunu qazanıb.

Xəbər 277 dəfə oxundu.