Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Avropa çempionatının oyunlarına təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman yeni təyinat alıb.

O, gənc oğlanlar arasında keçiriləcək U-22 Avropa çempionatının ikinci təsnifat oyunlarına təyinat alıb.

M.Frişman mayın 19-21-də Latviyanın Dauqavpils şəhərində keçiriləcək B qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.

Bu qrupda ev sahibləri ilə yanaşı, Farer adaları və Serbiya milliləri mübarizə aparacaqlar. Oyunları bosniyalı Nikola Koziç, ingiltərəli Katarina Kepinova və almaniyalı Rozej Marko idarə edəcəklər.

Xəbər 369 dəfə oxundu.