Xüsusi olimpiyaçılar futbol üzrə seçmə yarışlarda iştirak ediblər
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında futbol üzrə seçmə yarışlar keçirilib.

Turnir həm "Unified Sports" (İnklüziv birləşmiş idman komandası), həm də xüsusi Olimpiya proqramına uyğun olaraq 3 divizionda təşkil olunub.

Yekun nəticələrə görə, birinci divizionda sərbəst məşqçi Lyudmila Qasıyevanın "Unified" komandası qalib adını qazanıb. Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın "Unified" yığması ikinci, Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin məhdudiyyətli xüsusi atletlərindən ibarət komandası isə üçüncü divizionlarda birinci yeri tutublar.

Yığma komanda xüsusi Olimpiya proqramına uyğun keçirilən divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin beynəlxalq yarışlarında iştirak edəcək.

Xəbər 359 dəfə oxundu.