Nigeriya milli komandasının yeni baş məşqçisi müəyyənləşib
Futbol üzrə Nigeriya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Yığma portuqaliyalı Joze Pizeyruya həvalə olunub.

Altmış iki yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Pizeyru ilə danışıqlar 2021-ci ilin dekabrında başlasa da, həmin vaxt maliyyə probleminə görə təyinat baş tutmamışdı.

Xəbər 429 dəfə oxundu.