“Qarabağ” klubu “Azərbaycan kuboku yarışlarının final oyununa ciddi itki ilə çıxacaq
“Qarabağ” klubu “Zirə”yə qarşı futbol üzrə Azərbaycan kuboku yarışlarının final oyununa ciddi itki ilə çıxacaq.

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. Onun sözlərinə görə, zədəli olan müdafiəçi Abbas Hüseynov həlledici qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan kuboku yarışlarının final oyunu mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbər 511 dəfə oxundu.