Kraliçaya Qarabağ atı təqdim olunub
Böyük Britaniyada Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan ənənəvi Vindzor Kral Atçılıq Şousu çərçivəsində Kraliçaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi olan “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti hədiyyə olunan atı və barəsində bütün məlumatların əks olunduğu sertifikatı yeni sahibinə təhvil verib.

Xəbər 2629 dəfə oxundu.