“Neftçi”nin futbolçusu Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib
“Neftçi”nin futbolçusu Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib. Onun yubileyi “Zirə” ilə XXVII turun matçına təsadüf edib. Bu qarşılaşmada 24 yaşlı nigeriyalının komandası 0:1 hesabı ilə uduzub.

50 matçda 3 qol vuran yarımmüdafiəçi bütün oyunları “Neftçi”nin heyətində keçirib. Bakı klubunda 2020/2021-ci il mövsümündə debüt edən legioner həmin çempionatda 24 dəfə meydana çıxıb və 2 qol vurub. Cari mövsümdə 26 dəfə şans qazanan Lavalın hesabında 1 top var.

Xəbər 263 dəfə oxundu.