“İnter” Tiflis şəhərində təlim-məşq toplanışını davam etdirir
“İnter” Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışını davam etdirir. Toplanışın 8-ci günündə 2 məşq baş tutub.
Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra fiziki hərəkətlər yerinə yetirib. Axşam məşqində isə “İnter” taktiki tapşırıqlar üzərində çalışıb, daha sonra ikitərəfli oyun keçirilib, məşq son ötürmələr və qapıya zərbələrlə yekunlaşıb.
Qeyd edək ki, artıq dünəndən komandanın düşərgəsinə Azərbaycan yığmasının sərəncamından qayıdan Arif Daşdəmirov qoşulub. Hazırlığın planına əsasən sabah “İnter” bir dəfə məşq edəcək.
Qeyd edəkki, sabah “İnter” Tiflis “Dinamo”su ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər 871 dəfə oxundu.