“Qarabağ”–“Neftçi” matçının biletləri satışa çıxarılıb
“Qarabağ” Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda “Neftçi” klubuna qarşı keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5, mərkəzi sektorlar 10, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və Ağdam təmsilçisinin “Park Bulvar”da yerləşən fan-şopundan almaq olar. Oyun günü isə biletlər yalnız görüşün gerçəkləşəcəyi “Azersun Arena”da satılacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, oyundan sonra “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş medallar təqdim olunacaq. Bürünc medalların sahibi isə “Zirə” – “Qəbələ” matçından sonra müəyyənləşəcək.

Xəbər 438 dəfə oxundu.