Ağstafada “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” yarışının Ağstafa rayonu üzrə final oyunu keçirilib.

Final qarşılaşmasında Qaçaq Kərəm kənd tam orta məktəbinin komandası ilə 2 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb.

Rəqibini 6:0 hesabı ilə məğlub edən Qaçaq Kərəm kənd tam orta məktəbin komandası Ağstafa rayonu üzrə turnirin qalibi olub.

Xəbər 374 dəfə oxundu.