Akrobatika gimnastlarımız Portuqaliyada 2 medal qazanıblar
Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

Yarışda ölkəmizi Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz və Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz təmsil edib.

Turnirdə Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, eləcə də Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq hərəkətlər proqramında bürünc medala sahib çıxıblar.

Xəbər 370 dəfə oxundu.