Azərbaycanın U-16 komandası latviyalı həmyaşıdları ilə yoldaşlıq oyunları keçirəcək
On altı yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 18-dən 28-dək Qəbələdə təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

U-16 mayın 25-də və 27-də latviyalı həmyaşıdları ilə qarşılaşacaq.

Xəbər 264 dəfə oxundu.