Çimərlik futbolu üzrə Azərbaycan Super Liqasının qalibi müəyyənləşib
Çimərlik futbolu üzrə Azərbaycan Super Liqasının qalibi müəyyənləşib. Ötən gün daha iki oyun baş tutub.
“Bakı” “Turan”ı 6:3 hesabı ilə yenib. Bununla da xal hesabını 12-yə yüksəldən paytaxt klubu “Neftçi” İSM-ə çatıb. Şəxsi oyunlarda bu komandadan üstün olan “Bakı” çempionluğunu elan edib.
Günün digər oyununda isə “Qarabağ” “Sumqayit”ı darmadağın edib – 8:1.

Xəbər 881 dəfə oxundu.