“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb
“Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.

Ağdam təmsilçisi yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək “Xəzər-Lənkəran” 2004/2005-ci, “Qarabağ” 2013/2014-cü və 2015/2016-cı il mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

Xəbər 312 dəfə oxundu.