Konkur üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında atçılıq idmanının konkur növü üzrə paytaxt birinciliyi keçirilib.

80–90 santimetr hündürlükdə maneələri dəfetmə üzrə yarışda “Maraqlı” ləqəbli atla Kənan Əhmədov birinci olub. 100–120 santimetr hündürlükdə maneələri dəfetmə yarışlarında “Light Limerick” ləqəbli atla Murad Əlizadə qalib adını qazanıb.

Qaliblər Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.

Xəbər 524 dəfə oxundu.