Şahmatçımız Eltac Səfərli İtaliyada keçiriləcək turnirdə ölkəmizi təmsil edəcək
Sabah İtaliyada beynəlxalq şahmat festivalı start götürəcək.

Yarışda Azərbaycanı Eltac Səfərli təmsil edəcək. Turnirdə 15 şahmatçı iştirak edəcək ki, onlardan da 6-sı qrosmeysterdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarış mayın 20-dək davam edəcək.

Turnirin reytinq favoriti FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur (2709). Eltac Səfərli isə 2600 xalla reytinq cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər 450 dəfə oxundu.