Dmitri Nazarovun komandası mövsümü qələbə ilə başa vurub
Almaniya 2-ci Bundesliqasında 2021/2022-ci il mövsümünə yekun vurulub.

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” mövsümün sonuncu matçında - 34-cü turda səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb 1:0 hesabı ilə qalib gəlib.

D.Nazarov bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Otuz dörd oyuna 26 xal toplayan “Ersgebirge” mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb və komanda aşağı liqaya yuvarlanıb.

D.Nazarov geridə qalan mövsümdə meydana çıxdığı 30 oyunda 4 qola imza atıb.

Xəbər 438 dəfə oxundu.