Ən gözəl rekordçu
Bəzi talelər var ki, onları xarakterizə etmək üçün sözə ehtiyac qalmır. Eynən Annalise Minettinin taleyi kimi…
Minettinin həyatını üç hissəyə ayırmaq olar: modellik, müğənnilik, idman. 1977-ci ildə dünyaya gələn Annalise 18 yaşında görmə qabliyyətini itirsə də, həyata olan sevgisini itirməyib.
1997-ci ildə – 20 yaşında İtaliya tarixinə bir gözəllik yarışına qatılan ilk görməyən insan kimi düşən Minetti 10-cu yeri tutub. Bir müddət sonra bəxtini musiqi sahəsində sınamaq qərarına gələn Annalise 1998-ci ildə İtaliyanın ən önəmli musiqi festivallarından olan Sanremoya qatılıb. Bir çox məşhur müğənnini arxada qoyub birinci olan Minetti daha sonra idmanla məşğul olmağa başlayıb.
İdman bir anda kor və gözəlliyi ilə göz oxşayan xanımın dünyasına çevirilir. Londonda davam edən Yay Paralimpiya Oyunlarına qatılan Annalise 1500 metrəyə qaçış yarışlarında 4:48.88-lik dərəcə ilə dünya rekordunu qırıb və bu uğurunu oğluna həsr edib.
Böyük uğurundan sonra açıqlama verən Minetti “İstəyəndə qazanmağın mümkün olduğunu sübut etdim”, deyərək göz yaşlarına boğulur…

Xəbər 1236 dəfə oxundu.