Bakı marafonunun mükafatçısı: Yarış yüksək səviyyədə təşkil olunub
Bakı marafonunda iştirak etmək üçün Türkiyədən gəlmişəm. 1 saat 6 dəqiqə nəticə ilə ikinci sırada yer aldım. Dörd il əvvəl – 2018-ci ildə Bakıya gəlmişdim və yarımarafonda üçüncü olmuşdum. Ümid edirəm ki, gələn il qalib olacağam.

“Bakı Marafonu 2022”də kişilər arasında yarışda ikinci yeri tutan türkiyəli atlet Ömər Alkan deyib.

Əslən Mardin şəhərindən olan türkiyəli idmançı qeyd edib ki, 2021-ci ildə Bolqarıstanda təşkil edilmiş Varna marafonunda birinci olub. Ötən il Türkiyədəki marafonda qalib gəlib. Avqustda Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün Münhenə gedəcək.

“Mən qardaş Azərbaycanı çox sevirəm. Yarış yüksək səviyyədə təşkil olunub. Çox sevindim ki, pandemiyadan sonra yenidən Bakıda yarımarafon keçirilir. İnşallah hər il bu yarış keçirilər və mən də məmnuniyyətlə iştirak edərəm”, - deyə Ö.Alkan vurğulayıb.

Xatırladaq ki, marafonda iştirak üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan, çalışan əcnəbilər, eləcə də bir sıra ölkələrdən nümayəndələr də müraciət etmişdilər.

Xəbər 267 dəfə oxundu.