Güləşçilərimiz Albaniyada 2 medal qazanıblar
Albaniyanın paytaxtı Tiranada güləş üzrə beynəlxalq turnir keçirilib.

Mayın 12-də start götürən yarış 4 gün davam edib. Turnirdə ölkəmizi sərbəst güləş üzrə yığmamızın 2 üzvü, uzun müddət zədə üzündən yarışlarda iştirak edə bilməyən Xadjimurad Qadjiyev (74 kq) və Vaxit Qalayev (125 kq) təmsil ediblər.

X.Qadjiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. V.Qalayev isə bürünc medal qazanıb.

Xəbər 268 dəfə oxundu.