“Cəbrayıl” komandası Region Liqasının finalına vəsiqə qazanıb
“ASK Arena”da futbol üzrə AFFA Region Liqasının ilk yarımfinal oyunu keçirilib.

Finala vəsiqə qazanmaq uğrunda oyunda “Cəbrayıl” və “Qusar” komandaları qarşılaşıblar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Əlavə ilk hissədə daha bir dəfə fərqlənən “Cəbrayıl” komandası yekunda 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, mayın 15-də saat 16:00-da “ASK Arena”da digər yarımfinal oyununda “Xan Lənkəran” və “Araz” (Naxçıvan) komandaları qarşılaşacaqlar.

Xəbər 245 dəfə oxundu.