Kişilərimiz üstünlüyü əldən verdi, qadınlarımız qalib gəldi
İstanbulda keçirilən şahmat olimpiadasında bu gün IX turun oyunları baş tutub. Idman.com.az saytının məlumatına görə, Azərbaycan milliləri xal ehtiyatlarını artırmaq üçün növbəti matçlarına çıxlıblar.

Bir gün öncə Çinlə heç-heçə edən kişilərdən ibarət yığmamız polşalı həmkarlarını sınağa çəkiblər. Kapitan Vladimir Tukmakov reytinqinə görə 16-cı olan rəqibə qarşı da Eltac Səfərlini oynatmayib. Gərgin mübarizədə Şəhriyar Məmmədyarovun qələbəsi ilə önə çıxan millimiz, Teymur Rəcəbovun ğözlənilməz məğlubuyyəti nəticəsində üstünlüyü əldən verib.

Qadınlardan ibarət komandamız isə daha güclü Gürcüstan millisi ilə üz-üzə gəlıb. Fikrət Sideifzadənin Türkan Məmmədyarovaya istirahət verdiyi turda rəqib də əsas heyətlə mübarizə aparmayıb. Reytinqinə görə olimpiadanın 3-cü yığması olan gürcülər əsas şahmatçıları Nana Dzaqidzeni (2547) bizlə oynatmamağa qərar veriblər. Bu, rəqibə baha başa gəlib. Seçməmiz qonşularını cəzalandırıb.

6 sentyabr
IX tur

Kişilər
POLŞA (2650) – AZƏRBAYCAN (2693) - 2:2

Radoslav Voytaşek (2717) – Teymur Rəcəbov (2788) - 1:0
Şəhriyar Məmmədyarov (2729) – Bartoş Sitsko (2635) - 1:0
Dariuş Sverts (2594) – Rauf Məmmədov (2634) - 0,5:0,5
Qədri Hüseynov (2613) – Bartolomey Maçeya (2594) - 0,5:0,5

Turnir cədvəli: 1. Rusiya (207,5) – 15, 2. Çin (206,5), 3. Ermənistan (206,0) – 13, ...7. Azərbaycan (192,0), ...13. Polşa (153,0) – 12.

Qadınlar
GÜRCÜSTAN (2490) – AZƏRBAYCAN (2266) - 1,5:2,5

Bela Xotenaşvili (2509) – Zeynəb Məmmədyarova (2285) - 0:1
Gülnar Məmmədova (2324) – Lela Cavaxişvili (2458) - 0,5:0,5
Nino Xotenaşvili (2444) – Nargiz Umudova (2208) - 0,5:0,5
Xəyalı İsgəndərova (2205) – Nino Batsiaşvili (2432) - 0,5:0,5

Turnir cədvəli: 1. Çin (228,0) – 14, 2. Rusiya (209,5), 3. Fransa (199,5) – 13, ...13. Gürcüstan (182,0), ...19. Azərbaycan (166,5) – 11.

Xəbər 1200 dəfə oxundu.