“Superbet Chess Classic”: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.

Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Leyner Domingeslə qarşılaşıb. Ağ fiqurlarla oynaşan qrosmeysterimiz rəqibinə məğlub olub.

Qeyd edək ki, dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.

Xəbər 412 dəfə oxundu.