“Paris-2024” Yay Olimpiya Oyunlarına ilkin hazırlıq barədə müzakirələr aparılıb
Mayın 13-də Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələri və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıdakı planlardan danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, 2023-cü il üçün büdcənin planlaşdırılması, tibbi məsələlər, idmançıların reytinq cədvəli, 2024-cü il Paris Yay Olimpiya Oyunlarına ilkin hazırlıq, V İslam Həmrəyliyi Oyunlarına, Dünya Oyunlarına, Avropa Yeniyetmələrin Olimpiya Festivalına hazırlıq, Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər və beynəlxalq idman qurumlarında təmsil olunma məsələləri müzakirə olunub. Həmçinin ölkə miqyaslı yarışların keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, məşqçi və hakimlər üçün seminarların təşkili, idmançıların Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təcrübəyə cəlb edilməsi və yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

Xəbər 489 dəfə oxundu.