“Araz” yenə qalib gəlib
Macarıstanın Dyor şəhərində futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib. İdman.com.az saytının xəbərinə görə, ilk qarşılaşmada İrlandiya təmsilçisi İED-i 2:1 hesabı ilə məğlub edən Azərbaycan çempionu “Araz” yenə qələbə qazanıb. Komandamız bu dəfə birinci matçında meydan sahibi “Dyor”a uduzan Hollandiyanın “Eyndhoven” klubuna yerini göstərib.

“Araz” – “Eyndhoven” - 4:3
Karlos Alberto, 4; 38; Vitali Borisov, 18; Petrov, 32 - El Attabi, 2; Jordani, 4; Bali, 15

Xəbər 1277 dəfə oxundu.